Zelenski Mişellə görüşdü

Zelenski Mişellə görüşdü
Dünya 01 İyun 2023 16:41

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ş.Mişel Tvitterdə yazıb.

Ş.Mişel görüşü Avropa üçün güçlü həmrəylik kimi qiymətləndirib:

“Təhlükəsizlik və beynəlxalq hüquqa hörmət üçün birgə səylərimizi davam etdirəcəyik”.