Ərdoğan Moldova səfərindən imtina etdi

Ərdoğan Moldova səfərindən imtina etdi
Dünya 31 May 2023 17:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində iştirakdan imtina edib.

"Sitat.info" xəbər verir ki, bu barədə “Politiko” nəşri sammitin hazırlıqlarında iştirak edən məmurlara istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə Ərdoğanın 1 iyunda Moldovada AB və 20-yə yaxın ölkə liderinin qatılacağı Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyi bildirilmişdi.