Floridada silahlı hücum: 9 nəfər yaralanıb

Floridada silahlı hücum: 9 nəfər yaralanıb
Dünya 30 May 2023 12:31

ABŞ-ın Florida ştatındakı "Hollywood Beach Road"da atışma baş verib.

Sitat.info xəbər verir ki, Polis sözçüsü hadisə nəticəsində 9 nəfərin yaralandığını bildirib.

Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib.

Böyük çaxnaşma yaşanan çimərlikdə olanlar yaralılara ilkin tibbi yardım göstəriblər.

Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilib. Bir şübhəlinin saxlanıldığı, digər şəxsin isə axtarışının davam etdirildiyi qeyd edilib.

Seymur Bənnayev 

Sitat.info