"Litvaya daha 400 ABŞ əsgəri gəlib" - Nauseda
Litvaya xeyli sayda ABŞ əsgəri gəlib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Artıq 400 amerikalı hərbçi ölkəmizə gəlib. Kontingentin genişlənməsi mümkündür", - prezident deyib.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukrayanaya daxil olmasından sonra NATO və ABŞ Baltikyanı ölkələrdə hərbi varlığını daha da gücləndirir.