Zelenskidən İrana qarşı 50 illik sanksiya təklifi

Zelenskidən İrana qarşı 50 illik sanksiya təklifi
Dünya 28 May 2023 19:11

Ukrayna Prezident Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib.

Sitat.info xəbər verir ki, dövlət başçısının müvafiq qərar layihəsi artıq Ali Radada qeydə alınıb.

Sənəd İrana qarşı sektoral xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdə tutur.