Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq

Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq
Dünya 27 May 2023 10:33

Yaponiya yaxın bir neçə il ərzində öz nüvə silahlarını yarada bilər.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Hazırda Çin regionda dominant gücə çevrilməyi gözləyir. Pekin o qədər güclü mövqe tuta bilər ki, Hindistan və Yaponiya bununla hesablaşmalı olar.

Bunlara cavab olaraq Tokio da təxminən 3-7 il ərzində kütləvi qırğın silahı olan nüvəni yarada bilər”, - Kissencer bildirib.