Zelenski: Daha 106 Ukrayna əsgəri ölkəyə qayıdıb

Zelenski: Daha 106 Ukrayna əsgəri ölkəyə qayıdıb
Dünya 26 May 2023 22:52

Ukrayna prezidenti Volodimir Zelenski gərgin toqquşmaların baş verdiyi Baxmutda döyüşərkən ruslara əsir düşən daha 106 ukraynalı əsgərin ölkəyə qayıtdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu xəbəri xalqa gündəlik müraciətində çıxışı zamanı deyib.