Zelenski Makronla görüşdü

Zelenski Makronla görüşdü
Dünya 20 May 2023 18:20

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkür edib.

Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.