Ukrayna prezidenti Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Ukrayna prezidenti Zelenski Səudiyyə Ərəbistanına səfər edib
Dünya 19 May 2023 20:02

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının Cidden şəhərində başlayan Ərəb Liqasının 32-ci Sammitində iştirak etmək üçün bu gün Ciddəyə gəlib. Zelenski baş nazir vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən qarşılanıb.

Sitat.indi xəbər verir ki, sammitdə iştirakından danışan Zelenski: "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə görüşdüm. Ərəb Liqasının Zirvə toplantısına fəxri qonaq qismində iştirak etmək dəvətinə görə ona təşəkkür etdim", - deyib.

Zelenski açıqlamasında aşağıdakı ifadələrə də yer verib;

“Qeyd etdim ki, Səudiyyə Ərəbistanı 10 əcnəbi hərbi əsirin Rusiya əsirliyindən qaytarılmasına uğurla kömək edib. Biz insanları azad etmək üçün birgə səyləri davam etdirməkdə maraqlıyıq. Mən Məhəmməd bin Salman Əl Səuda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, beynəlxalq təşkilatlar çərçivəsində prinsipial mövqeyinə görə minnətdaram”.

Seymur Bənnayev

Sitat.info