Türkiyə səfiri 19 May paylaşımı etdi

Türkiyə səfiri 19 May paylaşımı etdi
Dünya 19 May 2023 18:20

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.

Sitat.info xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.

"19 May Atatürkü Anma, Gənclik və İdman Bayramımızı Milli Təhsil Nazirliyinin Bakı Türk Təhsil Təşkilatlarında coşqu ilə qeyd etdik", - deyə o bildirib.

Xatırladaq ki, 19 mayda Mustafa Kamal Atatürk "Bandırma" gəmisi ilə İstanbuldan Samsuna gəlib və bu tarix Qurtuluş Savaşının başlanğıcı hesab olunur.