Tehranda Azərbaycan bayraqları qaldırıldı - Foto

Tehranda Azərbaycan bayraqları qaldırıldı - Foto
Gündəm 19 May 2023 09:54

Mayın 18-i Tehranın "Azadi" stadioununda keçirilən "Traktor" və "İstiqlal" komandalarının görüşü zamanı Azərbaycan bayraqları qaldırılıb.

Sitat.info xəbər verir ki, bu barədə güneyli sosial media fəalları məlumat və fotolar paylaşıblar.

Məlumatda güneyli azarkeşlərin Azərbaycan dilində milli şüarlar səsləndirdiyi, ana dilində təhsillə bağlı ənənəvi tələblərini irəli sürdükləri bildirilir.