Xocalı soyqırımı olmayacaqdı, əgər... - Çavuşoğlu

Xocalı soyqırımı olmayacaqdı, əgər... - Çavuşoğlu
Dünya 06 May 2023 14:26

Əgər indiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, həmin zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb.

Nazir, eyni zamanda, türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb:

“Biz öz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (TDT üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”./ Axar.az