ABŞ-a məxsus F-16 qəzaya uğradı

ABŞ-a məxsus F-16 qəzaya uğradı
Dünya 06 May 2023 11:57

ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qəzaya uğrayan qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin bazası sayılan “Osan” aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Qəza zamanı pilot katapult edib Hazırda o, xəstəxanaya yerləşdirilib.

Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.