İsrail qüvvələri 3 fələstinlini öldürüb

İsrail qüvvələri 3 fələstinlini öldürüb
Dünya 04 May 2023 11:14

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində bir evə basqın edərək 3 fələstinlini qətlə yetirib.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrail əsgərlərinin Nablusun Köhnə Şəhərdə bir evə basqın etməsi nəticəsində 3 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Şahidlər həmçinin bildiriblər ki, İsrail qüvvələri İçərişəhərdə bir evi mühasirəyə alıb, partlayış və atışma səsləri eşidilib.

Əsgərlər çəkildikdən sonra sağlamlıq qrupları evə gəlib.

Seymur Bənnayev

Sitat.info