Biləsuvara içməli suyun verilişi müvəqqəti dayandırılıb

Biləsuvara içməli suyun verilişi müvəqqəti dayandırılıb
Dünya 02 May 2023 21:16

Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal idarəsinin Biləsuvar sahəsindən verilib.

Məlumata görə, Hacıqabul rayonunda yerləşən və Biləsuvar şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğuda yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar bu gündən başlayaraq sabah günün birinci yarısınadək 5 100 abonentin yaşadığı Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılır.