Yaponiya Cənubi Koreyaya etiraz notası verib

Yaponiya Cənubi Koreyaya etiraz notası verib
Gündəm 02 May 2023 19:19

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Cənubi Koreyaya etiraz notası verib.

Sitat.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb cənubi koreyalı bir qrup deputatın iki ölkə arasında mübahisəli ərazi olan Takesima (Tokto) adasına səfəri olub.

Qeyd edilib ki, Yaponiya cənubi koreyalı deputatların bu adalara səfərini qəbuledilməz adlandırıb./ Report