Türkiyə MİT İŞİD liderini zərərsizləşdirdi

Türkiyə MİT İŞİD liderini zərərsizləşdirdi
Dünya 01 May 2023 10:10

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşini zərərsizləşdirib.

“Sitat.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Qureyşi Suriyada keçirilən əməliyyat zamanı zərərsizləşdirilib: “Terror təşkilatlarına qarşı mübarizəmiz davam edir”.