Kütləvi zəhərlənmə: 20 rus hərbçisi öldü

Kütləvi zəhərlənmə: 20 rus hərbçisi öldü
Dünya 28 Aprel 2023 12:02

Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçilər arasında kütləvi zəhərlənmə baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusunun bölmələrinin birində baş verən zəhərlənmə nəticəsində 20 rus hərbçisi ölüb.