Ukrayna Xersonu atəşə tutub? - Rusiya FHN açıqlama verdi

Ukrayna Xersonu atəşə tutub? - Rusiya FHN açıqlama verdi
Dünya 28 Aprel 2023 11:54

"Ukrayna Silahlı Qüvvələri top artilleriyasından Xerson vilayətinin sol sahilindəki mülki hədəflərə hücum edib".

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Aleşki, Pesçanovka, Korsunka, Krınki, Podlesnoe və digər yaşayış məntəqələri atəşə tutulub. Ukrayna Silahlı Qüvvələri tərəfindən ümumilikdə 74 mərmi atılıb.

Açıqlamada mülki itkilər və infrastruktura dəyən ziyanın araşdırıldığı deyilir.