ABŞ-da yenidən məktəbə hücum: 3-ü uşaq olmaqla 6 nəfər ölüb

ABŞ-da yenidən məktəbə hücum: 3-ü uşaq olmaqla 6 nəfər ölüb
Dünya 28 Aprel 2023 10:46

ABŞ-da məktəbə növbəti atışma olub. Hücum zamanı üçü uşaq olmaqla 6 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, 28 yaşlı hücumçu Audrey Hale polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Hücuma görə ölkədə bayraqların yarıya qədər endirilməsi qərara alınıb.

Polis hücumçunun əlində 2 tüfəng və bir tapança olduğunu bildirib. Silahlardan ikisinin qanuni yollarla əldə edildiyi bildirilib.

ABŞ-ın NBC telekanalı hücumçunun qadın olmasına baxmayaraq, sosial şəbəkədə özünü kişi kimi tanıdığını bildirib.

ABŞ prezidenti Co Bayden martın 31-də gün batana qədər ölkə daxilində bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.

Florida ştatından respublikaçı senator Rik Skott məktəblərdə silahla atəş açanlara ölüm cəzası verilməsini istəyib.

Seymur Bənnayev

Sitat.info