Elon Musk Twitter-də narkotikin vizual reklamlarına icazə verib

Elon Musk Twitter-də narkotikin vizual reklamlarına icazə verib
Dünya 27 Aprel 2023 10:21

Elon Maskın rəhbərliyi altında Twitter, bu ilin əvvəlində marixuana reklamlarına icazə verən ilk böyük sosial media şirkəti oldu.

Sitat.info xəbər verir ki, hazırda platforma marixuananın qanuni olduğu ABŞ ştatlarından daha çox reklamçı cəlb etmək üçün bu qaydaları rahatlaşdırır.

"Gələcəkdə sertifikatlı reklamçılar reklam kreativlərinə qablaşdırılmış çətənə məhsullarını daxil edə bilərlər", - deyə o öz twitter ssəhifəsində bildirib.

Əvvəllər narkotik reklamçıları öz reklamlarında heç bir məhsul göstərə bilmirdilər və buna görə də satışlarını təşviq edə bilmirdilər.

Seymur Bənnayev

Sitat.info