Dmitri Peskov: "Yəqin eşitmisiniz ki, Putinin çoxlu dublyoru var"

Dmitri Peskov: \"Yəqin eşitmisiniz ki, Putinin çoxlu dublyoru var\"
Dünya 24 Aprel 2023 23:35

"Rusiya Prezidenti Vladimir Putin bunkerdə oturmur və ictimai tədbirlərdə dublyorların xidmətindən istifadə etmir".

Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Yəqin eşitmisiniz ki, Putin bunkerdə oturarkən onun yerinə çoxlu dublyor işləyir. Bu da başqa bir yalandır. Görürsünüz ki, necə prezidentimiz var. İnsan yalnız onun enerjisinə həsəd apara bilər, yalnız özünə sağlamlıq arzulaya bilər”, - Peskov deyib.

Qeyd edək ki, Almaniyanın "Bild" nəşri yazır ki , Putin müxtəlif ictimai tədbirlər zamanı dublyordan şəkildə istifadə edir. 

Əlavə edilib ki, xarici görünüşün xarakterik xüsusiyyətlərinə (çənənin, dodaqların, burunun, göz qapaqlarının, qulaqların formasına) görə jurnalistlər müəyyən ediblər ki, əsl Putin xarici liderlərlə görüşür və dublyorlar adətən adi vətəndaşlarla görüşmək üçün ölkə üzrə səfərlərə göndərilir.

//yeniavaz.com