Rusiyanın Film Fondunun direktoru: "İstehsal etdiyimiz kinolara maraq dörd dəfə artıb"

Rusiyanın Film Fondunun direktoru: \"İstehsal etdiyimiz kinolara maraq dörd dəfə artıb\"
Gündəm 21 Aprel 2023 15:52

"Son 10 ildə Rusiya istehsallı kinolara maraq 4 dəfə artıb".

“Report” xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Rusiya Film Fondunun icraçı direktoru Fyodor Sosnov deyib.

O, ölkəsinin kino sahəsində bir çox uğurlara imza atdığını söyləyib: "Bu il kino sahəsində əldə olunan nailiyyətlər kifayət qədərdir. Rusiya film bazarında inkişaf davam etməkdədir".