Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
Dünya 21 Aprel 2023 14:55

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar.

Sitat.info xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar — R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.