Arutyunyan qızına Xankəndidə toy etdi

Arutyunyan qızına Xankəndidə toy etdi
Gündəm 20 Aprel 2023 11:18

Qarabağ separatçılarının lideri Araik Arutyunyan qızına toy edib.

Sitat.info xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Toya yalnız Arutyunyanın yaxın adamları və qohumlarının dəvət edildiyi bildirilib.

Bundan öncə toyun İrəvanda keçiriləcəyi deyilsə də, mərasim Xankəndidə baş tutub.