Azərbaycanda qız uşağı alçadan zəhərlənib öldü

Azərbaycanda qız uşağı alçadan zəhərlənib öldü
Gündəm 19 Aprel 2023 15:26

Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb.

Sitat.info xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib.

Faktla bağlı araşdırma aparılır.