Putinin Luqansk Xalq Respublikasına səfərinin ilk görüntüləri ortaya çıxıb
“Dnepr” qoşun qrupunun qərargahını ziyarət etdikdən sonra Rusiya prezidenti "Luqansk Xalq Respublikası"nda “Vostok” Milli Qvardiyasının qərargahına baş çəkib, burada da bu istiqamətdə vəziyyətlə bağlı məruzələri dinləyib.
Sitat.info-nun məlumatına görə, Kreml qeyd edib ki, Putinin Xerson istiqamətində və LXR üzrə qərargahına işgüzar səfərləri əvvəlcədən hazırlanmayıb.