Fransanın Konstitusiya Şurası Makronun pensiya yaşını yüksəltmək planını təsdiqləyib

Fransanın Konstitusiya Şurası Makronun pensiya yaşını yüksəltmək planını təsdiqləyib
Dünya 14 Aprel 2023 21:03

Fransanın Konstitusiya Şurası Prezident Emmanuel Makronun pensiya yaşını yüksəltmək planını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Beləliklə, pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

Qeyd edək ki, pensiya islahatı Fransa həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli nümayişlərə və etirazlara səbəb olub.