ABŞ Ticarət Nazirliyi Ermənistan şirkətlərini "qara siyahı"ya salıb

ABŞ Ticarət Nazirliyi Ermənistan şirkətlərini \"qara siyahı\"ya salıb
Dünya 12 Aprel 2023 20:29

ABŞ Ticarət Nazirliyi Rusiya, Ermənistan, İspaniya, Çin, Malta, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur, Suriya, Türkiyə və Özbəkistandan olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə deyilir.

Bu şirkətlər Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə ABŞ sanksiyalarından yan keçməyə şərait yaradıb.