Səudiyyə Ərəbistanında Türkiyə ilə enerji protokolu müzakirə edilib

Səudiyyə Ərəbistanında Türkiyə ilə enerji protokolu müzakirə edilib
Dünya 12 Aprel 2023 11:44

Səudiyyə Ərəbistanı Türkiyə ilə enerji protokolunu müzakirə edib. Danışıqları aparmaq səlahiyyəti energetika nazirinə və onun müavininə verilib.

Sitat.info xəbnər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi Nazirlər Şurasının iclasının təfərrüatlarını paylaşıb.

Xəbərə görə, Nazirlər Şurası Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında enerji protokolunu müzakirə edib.

Protokol üzrə danışıqları aparacaq energetika nazirinə və ya onun müavininə mövzu ilə bağlı səlahiyyət verilib.

Səudiyyə Ərəbistanı Nazirlər Şurasının digər gündəliyi İranla normallaşma olub. Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin koordinasiyası müzakirə olunub.

Məğrur

Sitat.info