Rusiyanın canlı itkisi 176 mini keçdi - Ukrayna

Rusiyanın canlı itkisi 176 mini keçdi - Ukrayna
Dünya 05 Aprel 2023 09:42

Rusiya Silahlı Qüvvələri son sutkada Ukrayna ərazisində daha 550 hərbçisini itirib.

Sitat.info UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 176.240 nəfərə çatıb.

Son sutka ərzində Rusiyaya məxsus 2 tank, 6 zirehli döyüş maşını və 14 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.