Zelenski NATO sammitində çıxış edəcək

Zelenski NATO sammitində çıxış edəcək
Dünya 04 Aprel 2023 23:47

Ukrayna prezidenti Vladimir Zelenski iyulda keçiriləcək NATO sammitinə dəvət olunub.

Sitat.info xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının Brüsseldə keçirilən iclasından sonra bildirib. 
Bildirək ki,  növbəti sammit iyulun 11-də Vilnüsdə keçiriləcək.
"Güclü müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Soltenberq deyib.
Əli, 
Sitat.info