İsrail qüvvələri 2 fələstinlini öldürüb

İsrail qüvvələri 2 fələstinlini öldürüb
Dünya 03 Aprel 2023 12:42

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə təşkil etdiyi basqında 2 fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada, İsrail əsgərlərinin Nablus şəhərinə basqın edərək 2 fələstinlini öldürdüyünü açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, Nablus şəhərinin Əl-Məfiyyə bölgəsinə basqın edən İsrail qüvvələri ilə fələstinli üsyançılar arasında toqquşma baş verib.

Toqquşmadan sonra İsrail qüvvələri bölgəni tərk edib.

Məğrur 

Sitat.info