Rusiya Ukraynanın Kostiantynivka şəhərini vurub: 6 ölü

Rusiya Ukraynanın Kostiantynivka şəhərini vurub: 6 ölü
Dünya 03 Aprel 2023 12:22

Rusiya tərəfindən Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini hədəf alan hücumda 6 mülki şəxs ölüb, 8 mülki vətəndaş isə yaralanıb.

Sitat.info xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabında Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini vurduğunu açıqlayıb.

Hücumda 16 mənzil, 8 ev, bir uşaq bağçası və çoxlu binanın zərər gördüyünü bildirən Yermak deyib: "Ruslar Kostiantynivkanı intensiv şəkildə bombalayır".

Məğrur

Sitat.indi