Kahramanmaraş yenə silkələndi

Kahramanmaraş yenə silkələndi
Dünya 25 Mart 2023 09:08

Türkiyənin Kahramanmaraş əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Ekinözlü rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.