Zaxarova onu ələ saldı: Nə vaxt silah verəcək?

Zaxarova onu ələ saldı: Nə vaxt silah verəcək?
Dünya 24 Mart 2023 15:09

"Makron Fransa vətəndaşlarına nə vaxt silah verəcək?"

Sitat.info “Lenta.ru”ya istinadən xəbər verir ki, Fransada baş verən iğtişaşlardan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezident Emmanuel Makronun etiraz edən fransızlara silah tədarük etməsindən danışıb.

O, paylaşımına Parisdəki iğtişaşların nəticələrini əks etdirən video da əlavə edib.

"Bəs Makron demokratiyanı və ölkənin suverenliyini qorumaq üçün Fransa vətəndaşlarına nə vaxt silah verməyə başlayacaq?", - rusiyalı diplomat soruşub.