Almaniyada kilsəyə hücum! Ölən və yaralananlar var

Almaniyada kilsəyə hücum! Ölən və yaralananlar var
Dünya 10 Mart 2023 09:55

Almaniyanın Hamburq şəhərində kilsəyə silahlı basqın nəticəsində ilkin məlumata görə, 7 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Alman mediası Hamburqun Qrossborstel rayonunda Yehovanın Şahidlərinə məxsus kilsəyə hücum edildiyini və hücumçu ilə birlikdə 7 nəfərin də həyatını itirdiyini bildirib.

Çoxlu sayda yaralının olduğu hücumu təhlükəsizlik dairələrinin "qəzəbdən qaynaqlanan" hücum kimi qiymətləndirdiyi bildirilib.

Polisin açıqlamasında 3 mərtəbəli kilsə binasına xüsusi təyinatlı çevik qüvvələrin daxil olduğu zaman güllə səsinin eşidildiyi, hücumu həyata keçirən şəxsin ölənlər arasında ola biləcəyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info