Almaniyadakı atışmada ölənlərin sayı artdı - Yenilənib

Almaniyadakı atışmada ölənlərin sayı artdı - Yenilənib
Dünya 10 Mart 2023 03:07

Almaniyanın Hamburq şəhərində silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə atışma zamanı 6 nəfər həyatını itirib, çox sayda yaralı var.

***

Alsterdorf rayonunda baş verən atışmada ölənlərin sayı 7-yə çatıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yaralananların sayı isə 24-ə yüksəlib.

Hadisənin “Yehovanın Şahidləri” dini təşkilatının mərkəzində baş verdiyi bildirilir.