Zəlzələ qurbanlarının çadırlarını su basdı - Video

Zəlzələ qurbanlarının çadırlarını su basdı - Video
Gündəm 10 Mart 2023 00:31

Hatayın Payas rayonunda təsirli olan yağış zəlzələ qurbanlarını çətin vəziyyətdə qoyub, çadırların yerləşdiyi ərazidə gölməçələr yaranıb. Bütün əşyalarının islandığını bildirən zəlzələ qurbanları, "İlk dəfədir ki, belə yağış görürük. Zəlzələdən sonra tamamilə dağıldıq" dedilər. .

Sitat.info xəbər verir ki, Türkiyəni yasa boğan zəlzələlərdən ən çox ziyanı Hatay alıb. Hatayın mərkəzində olduğu kimi rayonlarda da evləri uçan və böyük ziyan görən vətəndaşlar çadır şəhərciklərdə yaşamağa başlayıb.

Səid İsaoğlu,

Sitat.info