Latviya Prezidenti: “Ukraynadakı müharibə qlobal problemdir”

Latviya Prezidenti: “Ukraynadakı müharibə qlobal problemdir”
Dünya 09 Mart 2023 17:55

“Ukraynadakı müharibə qlobal problemdir”.

“Report” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits bu gün Bakıda tələbələrlə görüşündə deyib.

Hazırda dünyanın üzləşdiyi qlobal çağırışlardan danışan Latviya Prezidenti qeyd edib ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə dünyada vəziyyət dəyişib.

E.Levits qeyd edib ki, əgər əvvəllər Qərbin Rusiya ilə bağlı illüziyaları var idisə, Latviya kimi Azərbaycan da SSRİ-dəki ümumi keçmişə görə Rusiyaya daha yaxşı bələddir.