ABŞ 20 il həbsdə qaldıqdan sonra 11 sentyabr hücumlarında şübhəli bilinən şəxsi azad edib

ABŞ 20 il həbsdə qaldıqdan sonra 11 sentyabr hücumlarında şübhəli bilinən şəxsi azad edib
Dünya 09 Mart 2023 12:38

ABŞ-da 11 sentyabr hücumlarında günahlandırılan Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 48 yaşlı Səudiyyə Ərəbistanı Qassan əl-Şərbi Quantanamo həbsxanasında 20 il saxlandıqdan sonra sərbəst buraxılıb.

Sitat.info xəbər verir ki. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, 2022-ci ilin fevralında Əl-Şərbinin ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükə yaratmadığı və həbsinin davam etdirilməsinə ehtiyac olmadığı müəyyən edilib.

Müdafiə naziri Lloyd Ostin 2022-ci ilin sentyabrında əl-Şərbini Səudiyyə Ərəbistanına qaytarmaq niyyəti barədə Konqresə məlumat verib.

Qeyd edək ki, 2002-ci ilin martında Pakistanda saxlanılan və ittiham irəli sürülmədən 20 il Quantanamoda saxlanılan Əl-Şarbi Əl-Qaidə üçün bomba istehsalı üzrə təlim keçməkdə şübhəli bilinirdi.

Qassan əl-Şərbi ölkəsinə göndərilərkən ABŞ fevralın 25-də Quantanamoda 20 ildən çox həbsdə olan iki pakistanlı qardaş Əbdül və Məhəmməd Rəbbanini də azad etmişdi.

Məğrur

Sitat.info