Kiyev partlayış səsi ilə oyandı

Kiyev partlayış səsi ilə oyandı
Dünya 09 Mart 2023 10:43

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Kliçko Telegram hesabında yazıb: "Paytaxtın Holosiiv rayonunda partlayışlar var. Daha ətraflı məlumat sonra".

Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinegubov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini açıqlayıb.

"Düşmən şəhər və ətrafına 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır", - Sinegubov açıqlamasında bildirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko Telegram hesabında verdiyi açıqlamada bildirib: "Geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binaları raketlərlə vurulub. Xoşbəxtlikdən itki olmayıb".

Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.

Seymur Bənnayev

Sitat.info