Jurnalistlərin işinə müdaxilə edənlər 600 manat cərimələnəcək

Jurnalistlərin işinə müdaxilə edənlər 600 manat cərimələnəcək
Gündəm 07 Mart 2023 12:29

Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.

“Sitat.info” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.