Monteneqroda məhkəmə binasına bombalı hücum: 5 yaralı

Monteneqroda məhkəmə binasına bombalı hücum: 5 yaralı
Dünya 03 Mart 2023 20:36

Monteneqronun paytaxtı Podqoritsada məhkəmə binasına edilən bombalı hücumda biri ağır olmaqla 5 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada yerli vaxtla saat 11.35-də Birinci İnstansiya Məhkəməsinin girişində bombalı hücum həyata keçirilib. Polisdən verilən açıqlamada, 39 yaşlı hücumçunun Milan Bulatoviç adlı şəxsin üzərinə əl istehsalı bombanın partlaması nəticəsində 1-i ağır olmaqla 5 nəfərin yaralandığı bildirilib. Hücum edənin hadisə yerində öldüyü bildirilir.

Hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilərkən, polisin hadisə ilə bağlı araşdırma başlatdığı öyrənilib.

Seymur Bənnayev

Sitat.info