Putin: Ukraynalı diversantlar 'terror' hücumunda dinc əhaliyə atəş açıblar

Putin: Ukraynalı diversantlar \'terror\' hücumunda dinc əhaliyə atəş açıblar
Dünya 02 Mart 2023 17:11

Rusiya prezidenti Vladimir Putin Ukrayna təxribat qrupunun sərhədə yaxın Rusiya ərazisində mülki əhaliyə qəsdən atəş açdığını bildirib.

Sitat.info xəbər verir ki, Rusiya xəbər agentlikləri daha əvvəl Bryansk vilayətində bir qrup ukraynalı diversantın girov götürüldüyünü, vilayət qubernatoru isə bir nəfərin öldüyünü bildirib.

Ukrayna hakimiyyəti məsuliyyəti rədd edib.

Putin televiziya vasitəsi ilə etdiyi açıqlamasında bu cür hücumlar qarşısında Rusiyanın qalib gələcəyini bildirib.

Səid

Sitat.info