NASA-nın Crew-6 astronavtlarını daşıyan raket ABŞ-dan buraxılıb
Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX, ABŞ Aerokosmik Agentliyinin (NASA) Crew-6 missiyası üçün Beynəlxalq Kosmik Stansiyaya 4 nəfərlik ekipaj daşıyan raketi buraxıb.
Yerli vaxtla saat 00:34-də baş tutan əməliyyat zamanı səma işıqlandırılıb.
Ekipajın buraxılışı texniki nasazlıq səbəbindən əvvəlki cəhdin ləğvindən 72 saat sonra baş tutub.
Ekipajda rus kosmonavtı və Birləşmiş Ərəb Əmirliklərindən olan bir astronavt da var.
Seymur Bənnayev
Sitat.info