Azərbaycan və Qazaxıstan nəqliyyat sahəsində əməkdaşlığın inkişafını müzakirə edib - FOTO

Azərbaycan və Qazaxıstan nəqliyyat sahəsində əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Gündəm 09 Mart 2022 18:45

Bakıda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkədə səfərdə olan Qazaxıstan Respublikasının “Samruk-Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı iki ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb.