Daha bir ölkədə 6,5 ​​bal gücündə ZƏLZƏLƏ

Daha bir ölkədə 6,5 ​​bal gücündə ZƏLZƏLƏ
Dünya 01 Mart 2023 11:52

Papua Yeni Qvineyada 6,5 ​​bal gücündə zəlzələ baş verib

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) Papua Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib. Afterşokların bir neçə gün davam edə biləcəyi bildirilib.

Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığı verilməyib.