Zelenski Rusiyanın nüvə sənayesi ilə bağlı çağırış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını Rusiyanın nüvə sənayesinə sanksiya tətbiq etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bunu tviter hesabında bildirib.
"Aİ-nin 10-cu sanksiyalar paketi Rusiyanın hərbi sənayesini, təbliğat və maliyyə sistemini hədəfləyir. Rusiya təcavüzkarına təzyiq artmalıdır: Biz “Rosatom” və Rusiyanın nüvə sənayesinə qarşı qətiyyətli addımlar, hərbi və bank sektoruna daha çox təzyiq gözləyirik", - deyə Zelenski vurğulayıb.