Rusiyada şiddətli zəlzələ oldu

Rusiyada şiddətli zəlzələ oldu
Dünya 25 Fevral 2023 12:00

Rusiyanın Kamçatka yarımadasında 6,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Zəlzələ yarımadanın cənubunda, Sakit okean sahillərində meydana gəlib.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.